• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1622
— 28.11.2017 10:24

Bentley Bentayga silah daşıyacaq

Yolsuzluq şəraitində də şütüyə bilən Bentley Bentayga ovçular üçün xüsusi modifikasiya ilə təmin olunub. Avtomobil Mulliner bölməsi və silah firması olan Purdey tərəfindən ərsəyə gətirilib. Belə maşının arxa oturacaqları arasında silah saxlamaq üçün dəridən xüsusi qab yerləşdirilib. Baqajda əlavə bölmə də var. Burada komplekt ləvazimatlar, ilk yardım dəsti, yeşik, bıçaq və içki üçün ayrıca yer tapmaq olar. Bundan başqa ov üçün paltarları olan Purdey çantası, ayaqqabı və yataq çuvalı da sifariş etmək mümkündür.