KepezTV Player
Mingəçevir şəhərində içərisində 150 min manatdan çox qızıl-zinət əşyaları olan avtomobil qaçırılıb. Hadisə Heydər Əliyev prospektində, ticarət mərkəzi yaxınlığındakı qızıl mağazasının qarşısında qeydə alınıb. 55 yaşlı Mingəçevir şəhər sakini Azər Müzəffərov polisə bildirib ki, axşam saatlarında həmişə olduğu kimi dükanındakı bütün qızıl-zinət əşyalarını xüsusi çantaya yığaraq “VAZ-2107” markalı avtomobilinə qoyub işə saldıqdan sonra obyekti bağlamağa gedib. Bu zaman avtomobil naməlum şəxs tərəfindən qaçırılıb.Polis şikayətlə bağlı araşdırmalara başlayıb.
- Baxış: 572