Bakının Binəqədi rayonu Azadlıq prospektində piyadanın ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.165 saylı xətt marşrutu üzrə hərəkət edən, Vaqif Balagözovun idarə etdiyi "Daewoo" markalı sərnişin avtobusu 53 yaşlı Bahar Cəfərovanı vurub. Ağır xəsarətlər alan qadın hadisə yerində dünyasını dəyişib. Hüquq mühafizə orqanı əməkdaşları həmin ərazidə müayinələr aparıblar, avtobusun sürücüsünün ifadəsini alıblar.Şahidlərin sözlərinə görə, piyada qadın ruhi-əsəb xəstəsi olub və tez-tez yolun hərəkət hissəsində gəzərək nəqliyyat vasitələri və öz həyatı üçün təhlükəli vəziyyət yaradırmış.Suraxanı rayonunda da ölümlə nəticələnən yol qəzası baş verib. "Seat" markalı minik avtomobili yolu keçməyə çalışan təxminən 70 yaşında bir kişini vurub. Ağır xəsarət alan piyada hadisə yerində ölüb.
Daha bir qəza Gəncə-Göygöl yolunda olub. “Lada Priora” markalı avtomobil idarəetmədən çıxaraq, yolun kənarındakı maneəyə çırpılıb. Nəticədə sürücü, Gəncə sakini 23 yaşlı Ziyadxan Əliyev müxtəlif bədən xəsarətləri alıb. Yaralı Şəhər Təcili Tibbi Yardım Xəstəxanasının reanimasiya şöbəsinə aparılıb.
Göyçay rayonunda da yol qəzası baş verib. Hadisə Göyçay-Bərgüşad avtomobil yolunun 5-ci kilometrliyində qeydə alınıb. Ulaşlı-Şıxlı kənd sakini Emil Abışovun idarə etdiyi "VAZ-2107" eyni istiqamətdə hərəkətdə olan, Kürdəmiş kənd sakini, 26 yaşlı Ramal Həşimovun idarə etdiyi "VAZ-2106" markalı avtomobilə çırpılıb. Nəticədə "VAZ-2106"nın sərnişi, Oğuzun Qumlax kənd sakini, 29 yaşlı Hümbət Həşimov müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralı Göyçay Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Faktlarla bağlı araşdırmalar aparılır.
- Baxış: 686