• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2138
— 27.11.2017 14:57

Azərbaycan Premyer Liqasının XIII turunda “Kəpəz” “Qəbələ”yə 1:6 hesabı ilə uduzub

KepezTV Player

Azərbaycan Premyer Liqasının XIII turunda “Kəpəz”in “Qəbələ”yə 1:6 hesabı ilə uduzması klubun tarixinə doğma meydanda ən böyük hesablı məğlubiyyət kimi düşüb. Belə ki, “sarı-göylər” bu vaxta kimi Gəncədə belə acı yenilgi ilə üzləşməyiblər. Məğlubiyyət Yunis Hüseynovun gəncəlilərin baş məşqçisi postunda debütünü də korlayıb. Məşqçi karyerası ərzində ilk dəfə futbolçu kimi şərəfini qoruduğu komandaya başçılıq edən Hüseynov həm də yenidən “Qəbələ”yə qarşı oyunda böyük hesabla uduzub. O, “Xəzər Lənkəran”ı çalışdırdığı zaman cənublular bu kluba 0:6 hesabı ilə məğlub olub. “Kəpəz”in evdə “Qəbələ”yə arzuolunmaz hesabla uduzması 52 yaşlı mütəxəssisi radikal addımlar atmağa məcbur edib. 

 

Azad Rəfi