• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1056
— 27.11.2017 12:58

30 yaşlı İsmayıllı sakini zəhərlənərək öldü

KepezTV Player

İsmayıllı rayonunda dəm qazı bir nəfərin həyatına son qoyub. Hadisə rayonun Mican kəndində baş verib. Hamamda çimərkən 30 yaşlı Emil Yusifovun halı pisləşib. Yaxınları hadisədən gec xəbər tutublar. Evə çağırılan İsmayıllı Mərkəzi Rayon Xəstəxanasının təcili yardım briqadasının həkimləri Emil Yusifovun zəhərlənmə nəticəsində dünyasını dəyişdiyini bildiriblər. Faktla bağlı araşdırma aparılır.

 

Zülfiyyə Telmanqızı