• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2358
— 27.11.2017 10:01

İki əlli mexaniki əl hazırlandı

Youbionic şirkəti qola taxılan qeyri-adi mexaniki əl hazırlayıb. O, özündə iki elektromexanik fırçanı birləşdirir və nəzəri cəhətdən istifadəçinin imkanlarını genişləndirir. Videoçarxdan da aydın olur ki, 3D printerdə çap edilən Double Hand adlı qurğu qola geyinilir, onu idarə etmək üçün isə barmaqları tərpətmək lazımdır. Belə qəliz funksiyalı məhsulun çətin ki, nəyəsə faydası olsun. Amma gələcəkdə onun imkanları artırılsa, o zaman səmərə verə bilər. Qurğunu əldə etmək istəyənlər 1800 avro ödəməlidirlər. Müştərilər sağ və ya sol əl variantını seçə bilərlər. 

 

Cavanşir Məmmədzadə