• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1695
— 27.11.2017 10:03

NASA avtonomlu və pilotlu dronları yarışdırdı

NASA-nın reaktiv hərəkət laboratoriyası özünün avtonom dronunu peşəkar pilotla idarə olunan dronla yarışdırıb. Özü idarə edilən dronun alqoritmlərini hazırlamaq laborantların iki il vaxtını alıb. Uçan aparatda iki test kamerası quraşdırılıb. Onlar qurğuya maneələri dəf etməyə və məkana konsentrasiya olmağa şərait yaradır. NASA mühəndisləri dronun ərsəyə gəlməsində Google şirkətinin Project Tango əlavə reallıq platformasından istifadə ediblər. Kvadrokopterin maksimal sürəti təxminən 130 km/saatdır. Dronun nəyə qadir olduğunu bilmək üçün mühəndislər qapıları olan dairəvi yarış trassı düzəldiblər. Uçan pilotsuz aparat isə müəyyən ardıcılıqla tapşırığından öhdəsindən gəlməlidir. Avtonom dronun rəqibi isə idman dronlarının peşəkar pilotu Kennet Lu olub. Nəticə olaraq dairəvi yolu NASA-nın dronu 13,9 saniyəyə, Lunun dronun isə 11,1 saniyəyə qət edib. Buna baxmayaraq, aerokosmik şirkətin əl işi daha hamar gediş və dəqiqlik nümayiş elətdirib. Bu da qısa zaman analoji dronun daha sürətli və effektiv olacağına işarədir.

 

Cavanşir Məmmədzadə