• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1721
— 25.11.2017 14:10

Aşağı yaş kateqoriyaları üzrə futbolçuların Azərbaycan çempionatında 2-ci dövrəyə start verilib

KepezTV Player

Gəncə zonası üzrə keçirilən 10, 11, 12, 13 və 14 yaşlıların mübarizəsində 40 komanda iştirak edir. Qarşılaşmalarda Nizami yurdunun kollektivləri ilə yanaşı Göygöl və Samux klubları da qüvvəsini sınayır.  İlk oyun günü 20 komanda 10 görüşdə üz-üzə gəlib.  Açılışda yalnız 10, 11 və 14 yaşlılar meydanda olub. Sabah isə digər yaş qrupları üzrə komandalar qalibi müəyyənləşdirəcəklər. Gələn ayın sonunadək davam edəcək oyunlardan sonra qrup mərhələsindən pley-offa vəsiqə qazanan klubların adına aydınlıq gələcək.    

Orxan Cəfərzadə