Ölkədə baramaçılığın inkişafı ilə əlaqədar Şəmkirdə çəkil tinglərinin əkini aparılır. Artıq tinglərin 14 min ədədinin bələdiyyə və xüsusi mülkiyyətə aid torpaq sahələrində əkilməsi təmin olunub. Ümumilikdə rayon ərazisində 40 min tut tinginin əkini planlaşdırılır. Yerli bələdiyyələrin tərkibində yaradılan Məhdud Məsuliyyətli Cəmiyyətlərdə də proses davam edir. Qaracəmirli bələdiyyəsinin təşəbbüsü ilə təşkil olunan növbəti əkin zamanı torpağa 100-dən çox ting basdırılıb. Şəmkirdə ötən mövsüm 40 min ədəd çəkil tingi əkilib.
Rövşən Quliyev Qaracəmirli bələdiyyəsinin sədri: “Bizim kəndimiz üçün 11 mində çəkil tinglərinin əkini nəzərdə tutulub. Hazırda kəndin müxtəlif ərazilərdə bu işlər aparılır. Məqsədimiz bu tinglərə düzgün aqrotexniki qulluq göstərib baramaçılığa öz tövhəmizi verməkdir”.
Natiq Hüseyn
- Baxış: 807