• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1917
— 24.11.2017 22:29

Gəncədə sərxoş sürücü qəza törədib

KepezTV Player

Hadisə şəhərin Yeni Gəncə qəsəbəsi 28 May küçəsində baş verib. Küçə ilə hərəkətdə olan Opel Astra markalı avtomobil idarəetmədən çıxaraq əvvəlcə ağaca, sonra isə yol kənarındakı maneəyə çırpılıb. Nəticədə 2 nəfər sürücü Seymur Məmmədov və maşında olan qadın sərnişin xəsarət alıb. Yoxlamalar zamanı sürücünün içkili olduğu müəyyən edilib. Qadın sərnişin aldığı xəsarətlərdən xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

 

Elton Cabbarlı