• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1749
— 24.11.2017 14:51

Gəncədə taksi sürücülərinə qarşı reyd keçirildi

KepezTV Player

Son üç gündə cərimələnən 40 sürücü, dayanacaqdan kənarda saxlamaqla qayda pozan taksilər. Gəncədə fərqlənmə nişanı olmadan taksi fəaliyyəti ilə məşğul olanlara qarşı aparılan yoxlamalar maraqlı məqamlarla yadda qalıb.

Fərqlənmə nişanı olmadan taksi fəaliyyəti ilə məşğul olmağı bir yana hətta avtomobili idarə etmək üçün sənədi belə yoxdu. Nəqliyyat vasitəsi sahibinin özünə qazandırdığı bəraət də var.

Bu kimi qayda pozmalar fərqlənmə nişanı olmadan taksi fəaliyyəti ilə məşğul olanlara qarşı aparılan reyd zamanı üzə çıxıb.

Gəncədə 14 ərazidə taksi dayanacaqları üçün yerlər müəyyənləşdirilsə də sürücülərin harda gəldi duracaq yaratmasının qarşısını almaq hələ ki mümkün olmayıb.

Elçin İbrahimov - Gəncə Avtomobil Nəqliyyatı ilə Sərnişin Daşıma İdarəsinin şöbə rəisi: Hətta elə hallar olur ki, bizim idarə ilə rəsmiləşdirib ki, taksi fəaliyyəti ilə məşğul olsun. Sonra gedib təyin olunmayan yerlərdə taksi ilə məşğul olur. Taksi tanıma nişanı o demək deyil ki, sən istənilən yerdə onunla fəaliyyət göstərəsən. Ona təyin olunan yerlərdə istifadə edə bilər.

Şəhərdə 1500 nəfər taksi fəaliyyəti ilə məşğul olan sürücü var. Bunlardan 800-ə yaxını fərqlənmə nişanı alaraq sükan arxasına əyləşənlərdir. Bu gün keçirilən reyd zamanı qanunu pozan daha 8 sürücü müvafiq olaraq 40-100 manat arasında cərimələnib.

 

Elnur Vahidoğlu