KepezTV Player
Paytaxtın Nəsimi rayonunda yerləşən kafelərdən birində düşən mübahisə bıçaqlanma ilə nəticələnib. Qonşu masalarda əyləşən müştərilər arasında dava düşüb. Bu zaman onlardan biri üzərində olan bıçaqla Fərid adlı şəxsi bıçaqlayıb. Zərərçəkənin dostu isə döyülüb. Yaralı xəstəxanaya çatdırılıb. Həkimlər onun vəziyyətini orta-ağır qiymətləndirirlər. Hadisə yerində Nəsimi rayon Polis İdarəsinin 20-ci polis bölməsinin əməkdaşları olublar. Faktla əlaqədar başlanılan araşdırmalar davam edir.
Zülfiyyə Telmanqızı
- Baxış: 412