• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 744
— 24.11.2017 13:06

Kabel oğurlayan şəxs saxlanıldı

KepezTV Player

Qusarda avtomobil körpüsünü işıqlandıran elektrik kabelini kəsərək oğurlayan şəxs salanılıb. Əvvəl məhkumluq həyatı yaşayan Zedik Əlifxanovun ətrafında aparılan əməliyyat tədbirləri nəticəsində törətdiyi daha bir oğurluq əməlinin üstü açılıb.

Qusar RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhərin Azadlıq küçəsiylə M.Əbilov küçəsinin kəsişməsində yerləşən körpünün elektrik enerjisi ilə təmin edən elektrik kabelini kəsərək dövlət əmlakına maddi ziyan vuran şəhər sakini saxlanılıb. Hadisəni törədən əvvəllər məhkum olunan Zedik Əlifxanov polis tərəfindən saxlanılaraq şöbəyə gətirilib. Dindirilmə zamanı o, körpünün elektrik enerjisi ilə təmin edən naqilin 200 metrlik hissəsini kəsdiyini etiraf edib. Oğurlan elektrik kabelləri maddi sübut kimi götürülüb.

Faktla bağlı Qusar RPŞ-də cinayət işi açılıb, araşdırmalar aparılır.

 

Zülfiyyə Telmanqızı