• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1406
— 24.11.2017 13:41

Keçmiş məhkumun yenidən silsilə cinayətlər törətdiyi üzə çıxdı

KepezTV Player

Paytaxtın Sabunçu rayonu Ramana qəsəbəsi, Südçülük sovxozunda yaşayan Ürfan Vəliyev ona məxsus fərdi yaşayış evindən oğurluq edilməsi ilə bağlı polisə məlumat verib. Şikayətçi ərizəsində bildirib ki, özü və ailə üzvləri mənzildə olmadığı zaman naməlum şəxs içəriyə daxil olub, məişət, eləcə də digər qiymətli əşyaları oğurlayaraq ərazidən qaçıb.

Sabunçu RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş Goranboy rayon sakini Ramil Tanrıverdiyev saxlanılıb. Araşdırma zamanı məlum olub ki, Ramil oğurladığı əşyaları əvvəlcə kirayə yaşadığı evə aparıb. Daha sonra onların bir qismini Sabunçu bazarında satıb. Saxlanılan şəxsin ətrafında aparılan əlavə tədbirlər zamanı onun Sabunçu və Abşeron rayonu ərazisində daha bir neçə mənzildən oğurluq etdiyi də ortaya çıxıb. Faktlarla bağlı Sabunçu RPİ İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

 

Zülfiyyə Telmanqızı