Göygöldə daşqın təhlükəsi atadan qaldırılır. Rayon ərazisindən keçən təbii çaylarda aparılan sahilbərkitmə işləri əkin sahələrinə suların itkisiz axıdılmasına da imkan verəcək.
Fövzi Nağıyev - ekskovatorçu: Biz Gəncə çayına gələn iri həcmli daşları çayın içərisindən kənarlaşdırırq. Hansı ki həmin daşların ən azı 200-300 kq çəkisi var. Bu istiqamətdə işlərimiz davam edir.
Mənbəyini Kəpəz dağından götürən Gəncəçayın məcrasının böyük həcmli daşlardan təmizlənməsi suyun axın istiqamətinin dəyişməməsi üçün edilir. Güclü yağışlar və sel zamanı çayın sahili yuyaraq sel təhlükəsi yaratmamsı üçün qabaqlayıcı tədbirlər görülür.
Xəyal İsmayılov - meliorator: Biz indi Gəncəçayı üzərində sahilbərkitmə işləri aparırıq. Sudan daşları təmizləyərək suyun asan gedişi üçün maneləri aradan qaldırırıq.
Göygöl Suvarma Sistemləri İdarəsinin kollektivi Gəncəçayla yanaşı Kürəkçay və Qoşqar çayda da məcraları təmizləyir, sahilbərkitmə işləri aparır.
İlqar Məhərrəmov - Göygöl Suvarma Sistemləri İdarəsinin rəisi: Əsas məqsədimiz sel və daşqınlara qarşı mübarizə aparmaqdır. Bu baxımdan çaylarda suyun az olmasından istifadə edib qısa müddətdə bu işləri tamamlamalıyıq. Əkin sahələrində olan hidrotexniki qurğular saz vəziyyətə gəririlib. Görülən işlərdən sonra kanallar lildən təmizlənib.
Göygöl rayonunda əkin sahələrinin suvarılmasında təbii çaylarla yanaşı 250 subartezian quyusndanda istifadə olunur.
Natiq Hüseyn
- Baxış: 503