• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1498
— 24.11.2017 10:01

Tayvanlılar 1360 at güclü elektrosuperkar hazırladılar

XING Mobility adlı Tayvan şirkəti 1360 at güclü elektrikli Miss R superkarını nümayiş elətdirib. O, yeni Tesla Roadsterdən daha sürətlidir. Deyilənə görə, öz sinfində yeganə maşındır ki, həm ictimai yollarda, həm də yolsuzluq şəraitində istifadə edilsin. Superkarın uzunluğu 4 000 millimetr, eni 1800, hündürlüyü isə 1300 millimetrdir. 1500 kq çəkili Miss R 4 elektromotorla təchiz olunub. Onlar birlikdə bir meqavatt, yəni 1360 at gücünə malikdir. Batareyaların həcmi 52 kilovatt-saat təşkil edir. 1,8 saniyə kifayətdir ki, Miss R ilk yüzü yığa bilsin. Maksimal sürət 271 km/saatdır. Superkara bir dəfəyə enerji yükləməklə 250 kilometr yol getmək mümkündür. Miss R-in asfaltda və qrunt yolda gedə bilməsini təmin edən rejimlər mövcuddur. XING Mobility mühəndisləri avtomobillərinin seriyalı versiyasını 2018-ci ildə hazırlayacaqlar. Amma sayı mədud olacaq: cəmi 20 ədəd. Satışlar isə 2019-cu ildən tez baş tutmayacaq. İlkin qiymət milyon dollardır.

 

Cavanşir Məmmədzadə