Azərbaycan Texnologiya Universitetində Gəncədə fəaliyyət göstərən ali məktəblərin sonuncu kurs tələbələrinin dəvət olunduğu növbəti – 5-ci məzun yarmarkası keçirilib. Yarmarkaya 48 şirkət və müəssisə tərəfindən 400-dən çox vakant iş yeri çıxarılıb. Onlar arasında müxtəlif dövlət qurumları, bələdiyyələr, məşğulluq mərkəzləri, banklar və sənaye müəssisələri digər istehsal sahələri üstünlük təşkil edib. 500-ə yaxın tələbə iş təklifləri ilə maraqlanıb, işəgötürənlər tərəfindən CV-ləri doldurub. Tələbələr tərəfindən böyük rəğbətlə qarşılanan belə yarmarkaların keçirilməsi gənclərin gələcək karyeralarının qurulmasında və ixtisaslarına uyğun işlə təmin edilməsində əhəmiyyətə malikdir. Məzun yarmarkasında iştirak edən bir çox dövlət və özəl müəssisə rəhbərləri ilə, qarşılıqlı əməkdaşlıq haqqında müqavilələr imzalanıb. Müqavilələrə əsasən, tələbələr seçdikləri ixtisas üzrə həmin müəssisə və təşkilatlarda təcrübə keçə biləcəklər. Beləliklə sən işi yox, iş səni tapır. Bu isə gəncləri əlavə vaxt itkisindən azad etməklə yanaşı, ilk əmək fəaliyyətlərinə başlamaq üçün geniş imkanlar yaradır.
Azad Rəfi
- Baxış: 945