Daşkəsəndə İlk qar yağıb, amma buheç bir çətinliklər yaratmayıb. Nəqliyyatın hərəkəti və əhalinin kommunal xidmətlərdən istifadəsində problemlər yoxdur. Dünəndən yağan qar hələ də davam edir.
Gəncə-Daşkəsən avtomobil yolu açıqdır, rayon mərkəzindən kəndlərə gediş-gəlişdə də məhdudiyyət yoxdur. Daşkəsənə təxminən 20 sm-ə qədər yağan qarın fəsadlara yol açmaması üçün rayon fövqəladə hallar komisiyası gücləndirilmiş iş rejimində çalışır.
Əhəd Abıyev - Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı: İsrər qaz, su, işıq su məsələsi olsun o cümlədən yolların asfaltlanması tam həyata keçirilib. Mən deyərdim ki, rayon ərazisində qışa hazırlıq işləri heç vaxt bu ilki kimi görülməyib. Planlı sürətdə biz layihə hazırlamışdıq və həmin layihə əsasında payız-qış mövsümü ilə bağlı bütün hazırlıq işlərimizi görmüşük.
Elnur İbrahimov - Daşkəsən sakini: Qar yağmasına baxmayaraq yollar rahatdır. Gediş-gəlişdə problem olmur.
Firdovsi Rəcəbov - Daşkəsən sakini: Yollar yaxşıdı rahat gedib gələ bilirik.
Məktəb və uşaq baxçalarının istiliklə təminatında da problem yoxdur. Odunla tədarük həyata keçirilib, mərkəzi istilik sistemi olan binalarda qazanxanalar işə salınıb. Sinif otaqlarının normal qaydada isidilməsi şagirdlərin dərsə davamiyyətinə təsir etməyib.
Solmaz Məmmədova - müəllim: Məktəbdə davamiyyətimiz çox gözəldi, istiliyimizdə var. Noyabırın 1-dən istilik sistemimiz işə salınıb və tam isti şəraitdə dərsimizi keçirik.
Yağan ilk qar rayon sakinlərini yaşıllaşdırma aksiyasında iştirakdan çəkindirməyib. Rayonun girişində müxtəlif növ ağaclar əkilib.
Xaliq Qurbanlı
- Baxış: 968