A, B, C və D qruplarında növbəti mərhələyə vəsiqələrin taleyi də həll olunub. İkinci oyun günündə azərbaycanlı azarkeşlərin bütün diqqəti C qrupunun “Qarabağ” – Çelsi oyununa yönəlib. Görüşə yaxşı başlayan komandamız 13-cü dəqiqədə qola yaxın olsa da, Miçelin zərbəsi qapı dirəyinə tuş gəlib. 19-cu dəqiqədə ağdamlılar azlıqda qalıblar. Rəşad Sadıqov cərimə meydançasında hücumun qarşısını kobudluqla aldığı üçün birbaşa qırmızı vərəqə alaraq oyunu erkən başa vurub. Bu azmış kimi köhlən atların qapısına penalti də təyin edilib. Topa yaxınlaşan Eden Hazard şansını qaçırtmayaraq tablonu işə salıb. Bütün planları pozulan ağdamlılar 36-cı dəqiqədə ikinci topu qapısından çıxarmalı olub. Bu dəfə londonlulardan Vilian diqqətləri üzərinə çəkib. İkinci yarıda qonaqlar daha iki qol vurublar. 73-cü dəqiqədə 11 metrlik cərimə zərbəsindən Sesk Fabreqas fərqlənib. Qarşılaşmada sonuncu qola isə 85-ci dəqiqədə dubl edən Vİlian imza atıb. Yekun nəticə Qarabağ 0 Çelsi 4. Bu qələbədən sonra britaniyalılar 1/8 finala yüksəliblər.
Bu qrupun Atletiko – Roma oyununda meydan sahibləri 2 cavabsız qolla qalib gəlib. Madridlilərdən 69-cu dəqiqədə Antuan Qrizman hesabı açıb. 83-cü dəqiqədə qonaq komandadan Bruno Peres qarşısında ikinci sarı vərəqəni görərək meydandan qovulub. Say üstünlüyündən də yararlanan ispanlar 85-ci dəqiqədə Kevin Qameyronun qoluyla yekun hesabı təyin ediblər.
A qrupunda Moskva Moiki evdə Benfikanı sınağa çəkib. Ruslar artıq 13-cü dəqiqədə sükutu pozublar. Georgi Şennikov fərqlənən oyunçu olub. 56-cı dəqiqədə prineylilərdən Jardel qapıların yerini səhv salaraq hesab arasındakı fərqi ikiyə çıxarıb. Bu həm də oyunda qapılara vurulan sonuncu dəqiq zərbə olub. Moik 2 Benfika 0.
Eyni qrupda çıxış edən Bazel – Mançester Yunated duelində isə ingilislər gözlənilmədən məğlub olublar. İsveçrəlilər 89-cu dəqiqədə Mixael Lanqın yeganə qoluyla güclü rəqibini evə əliboş yola salıb.
B qrupunda səfərdə Anderlextin qonağı olan Bavariya meydan sahiblərini xalsız qoyub. Almanlar 51-ci dəqiqədə Robert LEvandovskiylə hesabı açsalar da, 63-cü dəqiqədə qapılarında qol görüblər. Belçikalılardan Sofian Xanni hesabı bərabərləşdirib. Ancaq münehnlilər qələbə topunu vura biliblər. Korenten Tolisso rəqib qapısına yol taparaq komandasının qələbəsində pay sahibi olub.
Gecənin ən çox qol vurulan qarşılaşmasında Paris Sen Jermen doğma meydanda Seltiklər üz-üzə gəlib. 1-ci dəqiqədəcə Musa Dembeleylə hesabı açan qonaqlar buna peşman olublar. Oyunun sonuna kimi şotlandlar 7 dəfə mərkəzə dəvət olunublar. 9 və 22-ci dəqiqələrdən qapıya düşən Neymar komandasını yenik durumdan üstün vəziyyətə gətirib. 28-ci dəqiqədə Edinson Kavani 3-cü topu rəqib qapısından keçirib. FAsilədək yerli azarkeşlər daha 1 dəfə seviniblər. Klian Mbappe də qol vuranların sırasına qoşulub. Qola doymayan fransızlar ikinci yarıda qonaqları 3 dəfə də məyus edib. Marko Veratti, Kavani və Daniel Alveşin vurduğu qollarla PSJ 7:1 hesabıyla qələbə qazanıb.
Gecənin maraqla gözlənilən qarşılaşmasında D qrupunda “Yuventus” – “Barselona”yla münasibətlərinə aydınlıq gətirib. Görüşdə qapılara qol vurulmayıb və tərəflər meydandan 0:0 hesablı sülhlə ayrılıblar. Bu bərabərlik katalonları növbəti mərhələyə daşıyıb.
D qrupunun digər oyununda Sportinq Olimpiakosu qəbul edib. 40-cı dəqiqədə Bas Dostla önə keçən portuqaliyalıar 3 dəqiqə sonra ikinci dəfə yerli azarkeşləri sevindiriblər. Bruno Sezar adını tabloya yazdırıb. 66-cı dəqiqədə Bas Dost yenidən diqqətləri üzərinə çəkib. Dubl edən oyunçu hesabı 3:0 edib. 86-cı dəqiqədə yunanlar Odidja Ofoeylə buraxılan qollarndan birinin əvəzini çıxsa da, yekunda məğlubiyyətdən qaça bilməyiblər. 3:1 Sportinqin qələbəsi
Çempionlar Liqası
V tur
22 noyabr
A qrupu
MOİK (Rusiya) - “Benfika” (Portuqaliya) - 2:0
Qollar: Şennikov, 13, Jardel, 56 (öz qapısına)
“Bazel” (İsveçrə) - “Mançester Yunayted” (İngiltərə) - 1:0
Qol: Lanq, 89
1. |
Mançester Yunayted |
5 |
4 |
0 |
1 |
10:2 |
12 |
2. |
Bazel |
5 |
3 |
0 |
2 |
9:5 |
9 |
3. |
MOİK |
5 |
3 |
0 |
2 |
7:8 |
9 |
4. |
Benfika |
5 |
0 |
0 |
5 |
1:12 |
0 |
B qrupu
PSJ (Fransa) - “Seltik” (Şotlandiya) - 7:1
Qollar: Neymar, 9, 22, Kavani, 28, 79, Mbappe, 35, Veratti, 75, Dani Alves, 80 - Dembele, 1
“Anderlext” (Belçika) - “Bavariya” (Almaniya) - 1:2
Qollar: Hanni, 63 - Levndovski, 51, Tolisso, 77
1. |
PSJ |
5 |
5 |
0 |
0 |
24:1 |
15 |
2. |
Bavariya |
5 |
4 |
0 |
1 |
10:5 |
12 |
3. |
Seltik |
5 |
1 |
0 |
4 |
5:17 |
3 |
4. |
Anderlext |
5 |
0 |
0 |
5 |
1:17 |
0 |
C qrupu
“Qarabağ” (Azərbaycan) - “Çelsi” (İngiltərə) - 0:4
Qollar: Azar, 21, Villian, 36, 85, Fabreqas, 73
“Atletiko” (İspaniya) – “Roma” (İtaliya) - 2:0
Qollar: Qrizman, 69, Qameyro, 85
1. |
Çelsi |
5 |
3 |
1 |
1 |
15:7 |
10 |
2. |
Roma |
5 |
2 |
2 |
1 |
8:6 |
8 |
3. |
Atletiko |
5 |
1 |
3 |
1 |
4:3 |
6 |
4. |
Qarabağ |
5 |
0 |
2 |
3 |
2:13 |
2 |
D qrupu
“Sportinq” (Portuqaliya) - “Olimpiakos” (Yunanıstan) - 3:1
Qollar: Bas Dost, 40, 66, Sezar, 43 - Ocuci-Ofoe, 86
“Yuventus” (İtaliya) - “Barselona” (İspaniya) - 0:0
1. |
Barselona |
5 |
3 |
2 |
0 |
7:1 |
11 |
2. |
Yuventus |
5 |
2 |
2 |
1 |
5:5 |
8 |
3. |
Sportinq |
5 |
2 |
1 |
2 |
8:7 |
7 |
4. |
Olimpiakos |
5 |
0 |
1 |
4 |
4:11 |
1 |
Orxan Cəfərzadə
- Baxış: 440