• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 713
— 23.11.2017 14:56

Gəncəli güləşçi dünya çempionatında xalça üzərinə çıxacaq

KepezTV Player

Polşanın Bıdqoş şəhərində 23 yaşadək güləşçilər arasında Dünya çempionatı keçirilir. Yarışa yollanan millimizin heyətində gəncəli güləşçi də var. Noyabırın 26-dək davam edəcək mundialda gəncə güləşçisi Murad Süleymanov da mübarizə aparacaq. Sərbəst növdə 74 kq-da güləşən Nizami yurdunun yetirməsinin bu yarışda mükafatçılar sırasına düşəcəyinə inam böyükdü. Bu cür yarışlarda çox vaxt fəxri kürsüyə yüksəlməyi bacaran Süleymanov Polşada da medal qazanmaq üçün döşək çıxacaq. 22 yaşlı pəhləvan mübarizəyə yarışın son günlərində qoşulacaq.

Murad Süleymanov kişilər arasında Avropa çempionatının gümüş medalçısı olub. Murad həmçinin gənclər arasında qitə yarışının qalibi, gümüş və bürünc mükafatçısıdı. O, bir çox beynəlxalq turnirlərin də müxtəlif əyarlı medallarına yiyələnib.

Qeyd edək ki, ilk dəfə təşkil olunan dünya çempionatında yığmamız hər 3 növdə təmsil olunur.

 

Orxan Cəfərzadə