• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2274
— 23.11.2017 12:57

Gürcüstandan Azərbaycana qanunsuz mobil telefon gətirən şəxs saxlanıldı

KepezTV Player

Dövlət Gömrük Komitəsi Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında, idarənin "Sınıq Körpü" gömrük postunda Gürcüstandan Azərbaycana gələn ölkə vətəndaşının idarə etdiyi minik avtomobilinə gömrük nəzarəti həyata keçirilib. Yoxlama zamanı, nəqliyyat vasitəsinin salonunda gizlədilmiş 3 ədəd müxtəlif markalı mobil telefon aşkar olunub. Faktla bağlı araşdırma aparılır.

 

Zülfiyyə Telmanqızı