• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 690
— 23.11.2017 13:33

Antiradar satanlar tutulub

KepezTV Player

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində antiradarların satışı ilə məşğul olan 3 nəfər - Zaur İbrahimov, Samir Doroşenko və Fuad Rüstəmli saxlanılıblar. Avtomobilə quraşdırılan antiradarlar sürücünün müəyyən olunmuş sürət həddini aşmasına şərait yaradır ki, bununla da həmin sürücü özünün və digər hərəkət iştirakçılarının həyatına real təhlükə yaradır. Bu cür avadanlıqlardan istifadə edən sürücülər İnzibati Xətəlar Məcəlləsinin 342.9-cu maddəsinin tələbi ilə həmin antiradar cihazları müsadirə olunmaqla 500 manatdan 800 manata qədər cərimə edilirlər.Sürücülərə antiradarların satışı ilə məşğul olan bəzi işbazların toruna düşməmək üçün sürət həddini ölçən xüsusi texniki vasitələrin işinə mane olan cihazları almamaq tövsiyyə olunur.

 

Zülfiyyə Telmanqızı