• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 799
— 22.11.2017 14:41

“Kəpəz”də Yunis Hüseynov dönəmi başlayıb

KepezTV Player

Dünən komanda üzvlərinə təqdim olunan 52 yaşlı mütəxəssis futbolçuları ilk məşqə də çıxarıb.

Komandanın hazırlıq prosesi Bakı Olimpiya Stadionunun yardımçı meydançasında keçirilib. Təxminən saatyarım davam edən məşq isinmə təmrinlərinin yerinə yetirilməsi ilə başlayıb. Daha sonra futbolçular toplu məşqlər və taktiki-texniki tapşırıqlar üzərində çalışıblar.

Yunis Hüseynov Gəncə və “Kəpəz” üçün yad sima deyil. Nizami yurdunda doğulub boya-başa çatan məşqçi Gəncə futbol məktəbinin yetirməsidir.

Təcrübəli mütəxəssis komandaya dəstək üçün yerli azarkeşlərə səslənib.

Yunis Hüseynov, “Kəpəz”in baş məşqçisi: ““Kəpəz”i bu vəziyyətdən çıxarmağa çalışmalıyıq. Mən də bu yolda əlimdən gələni edəcəm. Futbolda da ilk addımlarımı Gəncədə atmışam, karyerama “Kəpəz”də başlayıb elə bu komanda da başa vurmuşam. Gəncəli azakeşlər həmişə klubu dəstəkləyiblər. Pis gündə də, yaxşı gündə də komandanın yanında olublar. Onlara səslənib deyərəm ki, yenə komandaya dəstək olsunlar”.

“Kəpəz” Yunis Hüseynovun rəhəblriyi altında ilk sınağına noyabrın 25-də çıxacaq. “Sarı-göylər” doğma məkanda  “Qəbələ”ni qəbul edəcək.

 

Azad Rəfi