Təhsildə inkşaf və innovasiyalar üzrə 1-ci qrant müsabiqəsi çərçivəsində “Mən əlaçıyam” layihəsinin Gəncədə təqdimatı keçirilib. 1 ay ərzində davam edəcək layihə bilikli, əlaçı şagirdlərin ictimayyətə tandılımasına, şagirdlərin təhsilə olan marağının və əlaçı məktəblilər arasında rəqabətin artırlmasına hədəflənib. Mən əlaçıyam qrant müsabiqəsinə Gəncədən olan 1700 şagirdin qatılması nəzərdə tutulur ki, bu məktəblilər təşkilatçılar tərəfindən keçirilən test imtahanlarına qatılacaqlar. Layihənin məqsədi savadlı məktəblilərin tandılması və əlaçılıq zirvəsinin bütün məktəblilər üçün əlçatan olmasını aşılamaqdır.
Firəngiz Mustafazadə - “Mən əlaçıyam” layihəsinin icraçı koordinatoru: Layihə Gəncə şəhərində təhsil alan 5-11-ci sinif şagirdləri üçün nəzərdə tutulub. Uğur qazanan əlaçı şagirdlərin sonda iri həçimli foto şəkilləriindən ibarət baner hazırlanacaq və şəhərin içtimayi yerlərinə nümayiş etdiriləcəkdir. Biz bu layihə ilə Təhsil nazirliyini və içtiami diqqəti şagirdlərin təhsilə olan marağına yönəltmək istəyirik.
Xaliq Qurbanlı
- Baxış: 1135