• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 932
— 22.11.2017 12:03

Samuxda toqquşan avtomobillər yararsız hala düşüb

Samuxda avtomobillərin toqquşması nəticəsində yol qəzası baş verib. Rayon sakini Rasim Nəsibovun idarə etdiyi “Opel” markalı avtomobil Kəlbəcərdən olan məcburi köçkün Rafiq Mirzəyevin sürücüsü olduğu “VAZ 2106” ilə toqquşub. Sürücülər hadisədən xəsarətsiz ötüşsələr də, maşınlar istifadəyə yararsız vəziyyətə düşüb. Qəzanın səbəbləri araşdırılır.

 

Natiq Hüseyn