Bu günə xəbərlərin oxunma sayı: 712
— 21.11.2017 13:30

Oğru dəstə sakinlərə 4000 manatdan çox ziyan vurdu

KepezTV Player

Balakən rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakinləri Kamran Muradov, Tural Lelimadov və Mehman Gəncəyev tutularaq istintaqa təhvil verilib. İlkin araşdırma zamanı Kamran Muradov, Tural Lelimadov və Mehman Gəncəyevin bir araya gələrək qrup şəklində ayrı-ayrı vaxtlarda 12 fakt üzrə cinayət törətdikləri məlum olub. Onların rayon sakinlərinə 4350 manat maddi ziyan vurması müəyyən edilib.

Faktla bağlı Balakən RPŞ-də CM-nin müvafiq məddəsi ilə cinayət işi başlayıb, istintaq tədbirləri davam etdirilir.