• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1396
— 21.11.2017 13:39

Evlərdən oğurluq edən gənc yaxalandı

KepezTV Player

Abşeron rayon polis idarəsinin əməliyatçıları  Fatmayı qəsəbəsində plastik pəncərələri açaraq iki evdən kabel və kombi oğurlayan Mehdiabad qəsəbə sakini  21 yaşlı Nürəddin Orucovu yaxalayıblar.

Oğurluq etdiyi üçün əvvəllər də məhkumluq həyatı yaşayan Nürəddin törətdiyi əməlin səbəbini belə izah edib

Nürəddin Orucov saxlanılan şəxs:Elə-belə eləmişəm, kefimdən.

Peşman olsa da, gələcəkdə pul əldə etmək üçün bu yola əl-atıb atmayacağını isə qismətin ayağına yazıb.

Nürəddin Orucov saxlanılan şəxs:Allahdan asılıdır, məndən yox...Əməlimdən peşmanam, bir də təkrar etmərəm.

Nürəddin Orucovun sözlərinə görə, oğurluq yolla əldə etdiklərini tanışı 29 yaşlı Mübariz Məmmədova satıb.

Aşkar olunan faktlarla əlaqədar Abşeron rayon polis idarəsində Cinayət işi açılıb, araşdırmalar davam edir.