• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 974
— 21.11.2017 13:26

Bibisinə xəsarət yetirib oğurluq etdi

KepezTV Player

Daxili İşlər Nazirliyinin məlumatına görə, noyabrın 18-də səhər saatlarında Qəbələ Rayon Polis Şöbəsinə 66 qadına qarşı quldurluq edilməsi barədə məlumat daxil olub.Dərhal həmin ünvana gələn istintaq-əməliyyat qrupu tərəfindən müvafiq tədbirlər görülüb, xəsarət almış 66 yaşlı qadın xəstəxanaya yerləşdirilib.

Görülmüş təxirəsalınmaz tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən şəxs saxlanılaraq Polis Şöbəsinə gətirilib. Törətdiyi cinayət əməlini etiraf edib.

Onun həmin qadının yaxın qohumu olması, bir gün əvvəl taksi ilə Qəbələyə gəldiyi, tamah məqsədilə bu əməli törətdiyi müəyyən edilib. Polis əməkdaşları tərəfindən onun cinayətdə istifadə etdiyi əlcək rayon ərazisində atdığı yerdən, götürdüyü qızıl üzük isə paytaxtda satdığı mağazadan aşkar olunaraq maddi sübut kimi götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb. İstintaq-əməliyyat tədbirləri aparılır.