• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2354
— 21.11.2017 11:50

Polisi aldatmağın cavabını verməli olacaq

KepezTV Player

Abşeron rayon sakini Ramil Atakişiyev polisə müraciət edərək bildirib ki, tanımadığı şəxs ona qarşı quldurluq edərək pulunu alıb. Dərhal araşdırmalara başlayan hüququ mühafizə orqanı əməkdaşları Ramil Atakişiyevin yalnış məlumat verdiyini aşkar ediblər və o, saxlanılaraq Abşeron Rayon Polis İdarəsinə gətirilib. Atakişiyevin sözlərinə inansaq, Şamaxinkadan Xırdalana gedərkən "Mercedes" markalı avtomobilin sürücüsünə maşın almaq adı ilə 408 manat verib, lakin sonradan həmin adamla əlaqə saxlaya bilməyəndə polisə yalnış məlumat vermək qərarına gəlib. Faktla bağlı Rayon Polis İdarəsində açılan cinayət işi üzrə araşdırmalar davam etdirilir. 

 

Zülfiyyə Telmanqızı