• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1028
— 20.11.2017 18:02

Qohumuna bıçaqla xəsarət yetirən maskalı şəxs tutuldu

KepezTV Player

Noyabrın 18-i səhər saatlarında Qəbələ Rayon Polis Şöbəsinə şəhər sakini olan qadına qarşı öz evində quldurluq edilməsi barədə məlumat daxil olub. Dərhal həmin ünvana gələn istintaq-əməliyyat qrupu tərəfindən müvafiq tədbirlər görülüb, xəsarət almış 66 yaşlı qadın xəstəxanaya yerləşdirilib. Araşdırmalarla evə zirzəminin pəncərəsindən girmiş maskalı şəxsin yaşlı qadının baş, qol və sinə nahiyələrinə bıçaqla xəsarət yetirdiyi, onun pulunu və qızılını aldığı müəyyən edilib.Hadisəni törətməkdə şübhəli bilinən şəxs saxlanılaraq Polis Şöbəsinə gətirilib. Bakı sakini olan Natiq Paşabəyli müxtəlif yalanlar uydurmaqla məsuliyyəti boynundan atmaq istəsə də, tutarlı faktlar qarşısında törətdiyi cinayət əməlini etiraf edib.Onun həmin qadının yaxın qohumu olduğu, bir gün əvvəl taksi ilə Qəbələyə gəldiyi, tamah məqsədilə bu əməli törətdiyi müəyyən olunub. Polis əməkdaşları cinayətdə istifadə edilən əlcəyi rayon ərazisindən, qızıl üzüyü isə paytaxtda mağazadan aşkar edib, maddi sübut kimi götürüblər. Faktla bağlı cinayət işi başlanılıb. İstintaq-əməliyyat tədbirləri aparılır. 

 

Zülfiyyə Telmanqızı