Qəbələ, Şəki və Zaqatala rayonları ilə yaxından tanış olan Göygöllü məktəblilər geri qayıdıblar. Heydər Əliyev mərkəzinin önündə qarşılanan tur-aksiya iştirakçıları 4 gün ərzində rayonların sosial-iqtisadi inkişafı, əyləncə və istirahət mərkəzləri, tarixi-mədəni abidələr, turizm obyektləri eləcə də muzeylərilə tanış olublar. Maarifləndirici xarakter daşıyan Ölkəmizi tanıyaq layihəsinin şagirdlərin bilik və dünyagörüşünün formalaşmasında əhəmiyyəti vurğulanıb. Məktəblilər ekskursiya zamanı intellektual oyunların iştirakçısı olaraq musiqili-əyləncəli gecələrə qatılıblar.
Bəhruz Əlizadə tur-aksiya iştirakçısı: Mənim Şəki-Zaqatala-Qəbələ rayonlaqrı haqqında artıq kifayət qədər məlumat oldu. Bu rayonlarda Heydər Əliyev mərkzələri Tarixdiyarşünaslıq müzeylərində olduq. Fındıq müsabiqəsində iştirak etdik. Bütün bunlar bizim dünya görüşümüzün və biliklərimizin artmasına şərait yaradacaq.
Gülşən Quliyeva tur-aksiya iştirakçısı: Əvvəllər mən bu rayonlarda olmamışdım. Lakin bu layihə əsasında rayonlarımızı gəzdik. Bu bizim əsl fürsət oldu.
Natiq Hüseyn
- Baxış: 823