• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1089
— 18.11.2017 16:35

Zazalıdan Gəncəyədək olan dəmir yolu xətti yenilənir

KepezTV Player

Zazalı-Gəncə mənzilində dəmir yolu yenidən qurulur. Azərbaycan Dəmir Yollarının Yenidən Qurulması layihəsinin 2-ci mərhələsi çərçivəsində 8 km yolun əsaslı təmiri aparılır. Köhnə taxta şpal və relslər sökülərək yeni beton şpallı relslərin qoyuluşuna başlanılıb. Yol yatağı yenidən işlənərək 3 ədəd yol dəyişən qurğunun təzələnməsi həyata keçirilir. Zazalı stansiyası üzərində mövcud olan avtomobil körpüsünün alt hissəsi də yenidən işlənib. Eləcə də Bakı-Gəncə sürət qatarı 2 mərtəbəli olduğu üçün mövcud yol 40 sm aşağı salınıb.

Zöhrab Əliyev – baza rəisi: “ Çünki qatarlar tək yolla hərəkət edirlər. Görülən işlər Bakı-Gəncə istiqamətində  yeni sürət qatarının istifadəyə verilməsi və yolda sürətin artırılması ilə bağlıdır. Bunuda müqabilində hal-hazırda Ucar-Gəncə arasında əsaslı təmir bərpa işləri apardığımız istiqamətlərdə son tamamlanma işləri görülür. Bunlar axırıncı mənzillərdir ki, işlər görülür”

Xaliq Qurbanlı