• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1921
— 18.11.2017 16:35

“Kəpəz”in 17 yaşlıları mövqeyini itirdi

KepezTV Player

17 yaşlı futbolçuların Azərbaycan birincliyində 10-cu turun oyunları keçirilib. Hesabat turunun mərkəzi görüşü Gəncədə reallaşıb. “Kəpəz” və “Qəbələ” klublarının müvafiq yaş qrupu üzrə komandaları Nizami yurdunda üz-üzə gəlib. Birinciliyin lideri olan qonaqlar bu oyuna kimi turnir cədvəlində 3-cü pillədə olan meydan sahiblərinə qarşı matçı qələbə ilə başa vurublar. Hər hissədə bir qol vuran qəbələlilər Gəncə səfərində 2:0 hesabı ilə qalib gəlib. Məğlubiyyət “Kəpəz”in turnir cədvəlində mövqeyini itirməsi ilə nəticələnib. 18 xalı olan komanda 5-ci pilləyə yuvarlanıb. 

Azad Rəfi