• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1126
— 17.11.2017 18:22

3000 ədəd siqaret aşkar olundu

KepezTV Player

Dövlət Gömrük Komitəsi Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında, İdarənin "Sınıq Körpü" gömrük postunda Gürcüstandan Azərbaycana gələn ölkə vətəndaşının idarə etdiyi minik avtomobilinə baxış keçirilib. Yoxlama zamanı, həmin nəqliyyat vasitəsinin sağ və sol "karniz"lərinin içərisində 3000 ədəd siqaret aşkar olunub. Faktla bağlı araşdırma aparılır.

 

Zülfiyyə Telmanqızı