• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2038
— 17.11.2017 18:28

Qətlin üstü açılır

KepezTV Player

Sumqayıt şəhərində törədilmiş ağır cinayətin üstü açılıb və onu törətməkdə şübhəli bilinən şəxs tutularaq istintaqa cəlb edilib. Noyabrın 9-da Nuridə Həsənovanın üzərində bıçaqla yetirilməyə xarakterik deşilmiş-kəsilmiş xəsarətləri olan meyiti yaşadığı mənzildə aşkar olunmuşdu. Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq müvafiq ekspertizalar təyin edilib. Hüququ mühafizə orqanı əməkdaşlarının peşəkarlıqla həyata keçirdikləri istintaq-əməliyyat tədbirləri nəticəsində cinayətin Sumqayıt şəhər sakini Firuz Nəsibli tərəfindən aralarında yaranmış şəxsi münasibətlər zəminində törədilməsində əsaslı şübhələr olduğundan sonuncu şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub. Cinayət işi üzrə zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

 

Zülfiyyə Telmanqızı