• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1110
— 17.11.2017 17:16

Məktəbli qıza qarşı nalayiq hərəkətlər edən Zaqatala sakini saxlanıldı

Gəncədə avtobusda 14 yaşlı məktəbli qıza qarşı nalayiq hərəkətlər edən şəxs saxlanılıb. Yeniyetmə ərazidə xidmət aparan polis əməkdaşlarına yaxınlaşaraq bu barədə məlumat verərək onlardan kömək istəyib. Qaçmağa cəhd edən həmin şəxs polis əməkdaşlarının çevikliyi ilə saxlanılaraq şübhəli şəxs qismində Kəpəz Rayon Polis idarəsinə gətirilib. Zaqatala rayon sakini, 45 yaşlı Hikmət Malxasov əvvəllər Rusyada və Azərbaycanda dəfələrlə məhkum olunduğu da müəyyən edilib. Faktla bağlı araşdırma aparılır.