• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1053
— 17.11.2017 14:48

İbtidai siniflər şagirdlərinin valideynləri üçün seminar baş tutub

KepezTV Player

Gəncədə “İbtidai siniflərdə təhsil alan şagirdlərin valideynləri üçün müasir təhsil sistemi ilə bağlı maarifləndirici seminarların təşkili” layihəsinin təqdimı olub. Təhsil Nazirliyinin keçirdiyi “Təhsildə inkişaf və innovasiyalar üzrə” 1-ci qrant müsabiqəsində qalib gələn layihə dekabrın sonuna kimi davam edəcək. Seminarda valideynlərə fənn kurikulumu və məktəbdaxili qiymətləndirmə prosesi izah edilib, iştirakçılar üçün təbliğat materialları verilib. Layihə çərçivəsində valideynlərdən biri sədr və beş daimi üzv seçilməklə Valideyn Assosiasiyaları da təşkil olunacaq.

Arzu Kərimov - layihənin rəhbəri: Ümumi təhsil nədir? Müasir təhsil sistemi nədir? Kurikulum nədir və onun ibtidai siniflərdə təşkili necə həyata keçirilməlidir? Bu mövzularda bizim seminarlarımız təşkil olacaq. Layihə 41 nömrəli orta məktəbdə başlasada gələcəkdə Gəncə şəhəri eləcədə Respublika üzrə bu seminarların keçirilməsini nəzərdə tutmuşuq”.