• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2208
— 17.11.2017 14:08

Samuxda ağacəkmə aksiyası keçirilib

KepezTV Player

Samux rayon ictimayyəti 17 noyabr Milli Dirçəliş Günündə kütləvi ağacəkmə aksiyasında iştirak edib. Samux-Kür yolunun kənarına 3 minə yaxın akasiya, şam, çinar və müxtəlif növ meyvə ağacları əkilib. Basdırılan ağaclara aqrotexniki qaydada qulluq göstərilib. Eyni zamanda əvvəllər əkilən ağacların suvarılması təmin edilib. Aksiya çərçivəsində yol kənarlarında səliqə səhman yardılıb. Ərazi tullantılardan və alaq otlarından təmizlənib. Bu il Samux rayonunda keçirilən ağacəkmə aksiyaları zamanı 20 minə qədər eldar şamı və iqlim şəraitinə uyğun gələn digər ağac növləri əkilib.

 

Natiq Hüseyn