• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1179
— 17.11.2017 12:55

Bir neçə oğurluq hadisəsi törədən şəxs saxlanıldı

KepezTV Player

Sabirabadda bir neçə oğurluq hadisəsində şübhəli bilinən şəxs tutulub. Sabirabad rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonunun Bulaqlı kənd sakini, 43 yaşlı Sərdar Mirzəyev saxlanılıb. Mirzəyev bu il oktyabrın 17-dən 23-dək rayonda traktor akkumulyatoru, həyətyanı sahədən 400 kiloqram buğda və idarələrdən birinə məxsus su təmizləyici qurğunun su diyircəyini oğurlamaqda şübhəli bilinir. Faktla bağlı Sabirabad polis şöbəsində araşdırma aparılır.

 

Zülfiyyə Telmaqızı