• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1166
— 17.11.2017 13:01

Yarımstansiyadan oğurluq olub

KepezTV Player

Noyabrın 14-dən 15-nə keçən gecə Qax rayonundakı “Yeni İlisu” yarımstansiyasından oğurluq edilməsi barədə Rayon Polis Şöbəsinə məlumat daxil olub.Araşdırmalarla ümumi çəkisi 100 kiloqram olan, mis materialdan hazırlanmış şinlərin oğurlandığı müəyyənləşib.Cinayəti törətməkdə şübhəli bilinən şəhər sakini Vəli Məmmədov saxlanılıb.Mis şinlər oğurladığı materialları satmağa macal tapmayan şəhər sakininin yaşadığı evin zirzəmisindən tapılıb. Faktla bağlı Qax RPŞ-nin təhqiqat qrupunda araşdırma aparılır.

 

Zülfiyyə Telmaqızı