• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 730
— 17.11.2017 12:08

20 yaşlı gənc canından oldu

KepezTV Player

Ucarda piyadanı maşın vurub. Hadisə gecə saatlarında Ucar rayonunun Türkəci kəndində baş verib. Ucar rayon Bərgüşad kənd sakini, 40 yaşlı Eldəniz Sərbəliyev idarə etdiyi "VAZ 2106" markalı minik maşını ilə yol kənarı ilə hərəkət edən rayonun Türkəci kənd sakini, 20 yaşlı Turan Əsədovu vurub. Ağır xəsarət alan gənc hadisə törədən sürücünün köməkliyi ilə Ucar Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Həkimlərin səyinə baxmayaraq, Turan Əsədov xəstəxanada ölüb. Paytaxtın Nəsimi rayonunda da qəza qeydə alınıb. Səməd Vurğun küçəsində Ədalət Əhmədov "Mercedes" markalı avtomobillə hərəkətdə olarkən qəfil sola dönmə əməliyyatı edib. Bu zaman arxadan gələn, Ələkbər Zeynalovun sükanı arxasında olduğu "BMW" "Mercedes"ə, daha sonra ağaca çırpılıb və dayanıb. Nəticədə bir sərnişin xəsarət alıb. Zərbənin təsirindən avtomobillər yararsız hala düşüb. Hadisə yerində polis əməkdaşları tərəfindən müayinələr aparılıb, avtotexniki ekspertiza təyin edilib Yasamal rayonunun Cəfər Cabbarlı küçəsində isə Orxan Kərimovun idarə ediyi "Volkswagen" markalı avtomobil metronun 20 Yanvar stansiyası istiqamətində hərəkətdə olarkən ara küçədən yüksək sürətlə çıxan, Emin Eyvazovun idarə etdiyi "Vaz 21014" markalı avtomobillə toqquşub. "Vaz" ardınca yol kənarında dayanan digər bir nəqliyyat vasitəsinə çırpılıb. Qəza zamanı nəqliyyat vasitələri yararsız hala düşüb. Hadisə yerində olan polis əməkdaşları sürücülərin izahatını alıb. Avtomobillər cərimə meydançasına aparılıb. Yasamal rayonunda daha bir qəza Xarici İşlər Nazirliyinin qarşısında qeydə alınıb. "Nissan" markalı avtomobilin sürücü "5 mərtəbə" dairəsi istiqamətində hərəkətdə olarkən qəfil idarəetməni itirib. Nəticədə maşın yol kənarında dayanan "Mercedes"ə çırpılıb. Zərbənin təsirindən avtomobilə ziyan dəysə də, xoşbəxtlikdən xəsarət alan olmayıb. Faktlarla əlaqədar araşdırmalara başlanılıb.

 

Zülfiyyə Telmaqızı