• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1687
— 17.11.2017 10:02

Həyatın ola biləcəyi daha bir planet aşkarlandı

Astronomlar Yer kürəsi tipli və mülayim iqlimi olan ekzoplanet aşkarlayıblar. O, Yerdən 11 işıq ili aralıda yerləşir. Ross 128b adlı planet canlıların yaşamağı üçün uyğun olan temperatura malik Proksima b-dən sonra Yerə ən yaxın planet hesab olunur. Ekzoplanet qeyri-aktiv qırmızı rəngli Ross 128 cırtdanı ətrafında dövr edir. Bu da onda həyatın olma ehtimalını artırır. Çilidə yerləşən ESO HARPS qəbuledicisinin köməyilə əldə edilən məlumata əsasən, Ross 128 çox kiçik və soyuq ulduzdur. Səthinin temperaturu isə Günəşinkinin yarısına bərabərdir. Deyilənə görə, udluz çox asta fırlanır və çox zəif maqnit aktivliyə malikdir. Belə bir vəziyyət onun ətrafında fırlanan Ross 128b planetində həyat olmasını düşünməyə vadar edir. 

 

Cavanşir Məmmədzadə