• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1432
— 17.11.2017 10:03

Lamborghini superkrossoverin qarın üzərində drifti heyrətləndirdi

Lamborghini Urus ofroudunun ikinci tizerini nümayiş elətdirib. Burada maşının yeni elektron idarəetmə rejimlərinin işi görüntülənib və prototip komuflyajda qarın üzərində drift edib. Hələ ilk videoçarxda aydın olmuşdu ki, Urus şosse, idman, yarış, qum, daşlı və qarlı rejimlərə malikdir. Amma son üç rejim Lamborghini modellərində tətbiq olunmamışdı. Yeni yolsuzluq avtomobilinin texniki xarakteristikası barədə məlumat hələlik verilmir. Lamborghini Urus superkrossoverinin sirri 4 dekabrda rəsmi şəkildə açılacaq.

 

Cavanşir Məmmədzadə