• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 953
— 16.11.2017 16:23

Ölkə birinciliyinin ilk günündə oğlanlarda 2, qızlarda isə 9 çəkidə qaliblər bəlli olub

Sərhədçi İdman Olimpiya Kompleksində cüdo üzrə 18 yaşadək yeniyetmələr arasında  Azərbaycan birinciliyinə start verilib. 3 gün davam edəcək ölkə birinciliyində paytaxt və regionlarda keçirilən yarışlarda yüksək nəticələr qazanmış cüdoçular çıxış edir. Yarışın ilk günündə oğlanlarda 46 və 50 kq, qızlarda isə 36, 40, 44, 48, 52, 57, 63, 70 və 70 kq+ qaliblərin adına aydınlıq gəlib. Mübarizələrdə 37-si bölgələr, 43-ü Bakı və Sumqayıtdan olmaqla, ümumilikdə 70 klubdan 565 yeniyetmə cüdoçu tatami üzərində bacarığını nümayiş etdirir.

Orxan Cəfərəzadə