• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1836
— 15.11.2017 18:23

Narkotik yetişdirən şəxs saxlanıldı

KepezTV Player

Sabunçu Rayon Polis İdarəsi 42-ci Polis Bölməsinin əməkdaşları daxil olan məlumat əsasında Nardaran qəsəbəsinin Ləhiş bağlar massivində Mərdan Əliyevin yaşadığı həyətyanı sahəyə baxış keçiriblər. Bu zaman oradan ümumi çəkisi 18 kiloqrama yaxın 85 ədəd çətənə kolu, 285 ədəd çətənə toxumu və 450 qram qurudulmuş marixuana aşkar olunaraq götürülüb. Şəxs saxlanılıb.

Faktla bağlı Sabunçu RPİ-nin İstintaq Şöbəsində cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

 

Zülfiyyə Telmanqızı