• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2203
— 15.11.2017 22:20

Şəmkirdə yaxın qohumlar dava edərək xəstxanalıq oldular

KepezTV Player

Ötən gün axşam Şəmkirin Qasım İsmayılov kəndində qeydə alınan qanlı olayın bəzi təfərrüfatları məlum olub. Müəyən edilib ki, 26 yaşlı Bilal Əmiraslanova kəsici alətlə yaxın qohumu Vəkil Binnətov xəsarət yetirib. O, mübahisə zamanı özü də müxtəlif dərəcəli xəsarətlər alıb və Şəmkir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Bilal Əmiraslanovun vəziyyəti ağır olduğundan Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına gətirilib.

Qohumların mübahisə etməsinə ilkin səbəb kimi tərəflərdən birinin digərinin ünvanına nalayiq ifadələr işlətməsi göstərilir. Fakta hüquqi qiymət Şəmkir rayon polis şöbəsində aparılan araşdırmalardan sonra veriləcək.