• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1422
— 15.11.2017 19:25

Qəzalarda 5 nəfər xəsarət aldı

KepezTV Player

Bakı-Qazax əsas magistral yolunun Kürdəmir rayonunun Sığırlı kəndindən keçən hissəsində qəza olub. Göyçay rayon sakini, 21 yaşlı Mənsur Məmmədovun idarə etdiyi "VAZ-2106" markalı minik maşını Hacıqabul rayon sakini, 28 yaşlı Elnur Şirinovun idarə etdiyi "KamAZ" markalı yük maşını ilə toqquşub. Nəticədə Mənsur Məmmədov və qardaşı, 23 yaşlı Məhəmməd Məmmədov müxtəlif xəsarətlərlə ağır vəziyyətdə Kürdəmir Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər. İlkin ehtimala görə, hadisəyə səbəb VAZ markalı minik maşınını sürücüsünün sükan arxasında yuxulaması olub.

Gəncənin Fətulla Həsənov küçəsi ilə hərəkətdə olan Niva markalı avtomobilin sürücüsü idarəetməni itirib, nəticədə maşın Heydər Əliyev prospekti ilə Fətulla Həsənov küçəsinin kəsişməsində yerləşən yoltənzimləyici dairəyə çırpılıb. Zərbənin təsirindən avtomobil aşaraq alışmağa başlayıb. İçəridə olan 2 nəfər - şəhər sakinləri 19 yaşlı Naqif Abbasov və 18 yaşlı Həsən Həsənov hadisə yerinə çağırılan FHN əməkdaşlarının köməyi ilə xilas olunub. Xəsarət alan şəxslər Gəncə şəhər TTYX-ya yerləşdiriliblər.

Bakının Binəqədi rayonunda, Biləcəri dairəsi adlanan ərazidə də qəza qeydə alınıb. Elnur Yolçuyev beton piltələrlə dolu Kamaz markalı yük maşını ilə diarəyə daxil olan zaman idarəetməni itirib. Nəticədə yük maşını aşıb. Beton piltələr yol kənarında dayanan Mercedes markalı avtomobilə ziyan vurub.

Yüngül xəsarət alan Kamazaın sürücüsünə hadisə yerinə gələn təcili tibbi yardım briqadası tərəfindən ilkin yardım göstərilib. Daha sonra isə xəstəxanaya aparılıb. Qəza baş verən əraziyə baş verə biləcək yanğının qarşısı almaq üçün FHN əməkdaşları cəlb olunub.  Bütün faktlar araşdırılır.