• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2277
— 15.11.2017 13:05

Oğurluq nəzarət kameralarına düşdü

KepezTV Player

Abşeron rayonunda,Saray qəsəbəsində naməlum şəxs yol kənarında dayanan yük avtomobilindən oğurluq edib. Hadisə nəzarət kamerasına anbaan düşüb. Yük avtomobilinin sürücüsü maşını yol kənarında saxlayaraq yolun əks tərəfinə keçir. Qapının açıq olmasını görən şəxs əvvəlcə ətrafa nəzər yetirir. Sürücünün uzaqlaşdığını görəndə maşında olan mobil telefonu götürür və ərazidən uzaqlaşır. Verilən məlumata görə, həmin şəxs eyni üsulla bir neçə avtomobildən oğurluq edib. Faktla əlaqədar araşdırmalara başlanılıb.

 

Zülfiyyə Telmanqızı