• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2047
— 15.11.2017 13:19

Borcunu qaytarmaq üçün pulu elə borclu olduğu şəxsdən aldı

KepezTV Player

Abşeron sakini borcunu qaytarmaq üçün elə bir yola əl atdı ki, nəticədə borclu olduğu şəxs özü ona pul verməli oldu, elə borcunu da o pulla qaytardı. Ancaq polis dövlət sənədini saxtalaşdıraraq başqasını aldadan şəxsin əməlinin üstünü açıb.

Abşeron rayon icra hakimiyyətindən Əkrəm Məlikov adlı şəxsin rayon ərazisində saxta sərəncamla tikinti aparması barədə polisə məlumat daxil olub. Aparılan əməliyyat tədbirləri zamanı Əkrəm Məlikov bildirib ki, 80 sot torpaq sahəsində ferma tikdirmək üçün əvvəldən tanıdığı 47 yaşlı Şahbaz Cavadova 10 min manat pul verib. Həmin şəxs də ona Abşeron rayon İcra Hakimiyyətindən sərəncam alıb. Abşeron rayon polis idarəsinin əməkdaşları dələduzluqda şübhəli bilinən Şahbaz Cavadovu Sumqayıt şəhərində saxlayıblar. Cavadov Abşeron rayon İcra Hakimiyyəti Başçısının imzasını saxlaraşdırmaqla sərəncam hazırladığını etiraf edib. Araşdırma zamanı məlum olub ki, Şahbaz Cavadovun Əkrəm Məlikova 5 min manat borcu olub. Borcu qaytara bilmədiyi üçün dövlət sənədini saxtalaşdıraraq Əkrəm Məlikovdan 10 min manat alıb. Həmin pulun 5 min manatı ilə də borcunu qaytarıb.

Faktla bağlı Abşeron rayon polis idarəsində dələduzluq və dövlət sənədini saxtalaşdırma maddəsi ilə cinayət işi başlanıb, araşdırmalar davam edir.

 

Zülfiyyə Telmanqızı