KepezTV Player
Biləsuvarda elektrik cərəyanı 25 yaşlı qadının həyatına son qoyub. Hadisə ötən gün axşam saatlarında rayonun Ağayrı kəndində qeydə alınıb. İlkin məlumata görə, kənd sakini, 25 yaşlı Salatın Mirişova evdə elektrik sobasını işə salan zaman qısaqapanma olub və onu elektrik cərəyanı vurub. Meyit müayinə olunmaq üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Biləsuvar rayon şöbəsinə gətirilib. Müayinədən sonra meyit ailəsinə təhvil verilib.Faktla bağlı araşdırma aparılır.
Zülfiyyə Telmanqızı
- Baxış: 301